Bank Of Baku

Cari ilin ilk yarısında sığorta şirkətlərin məcmu itkiləri 70 mlrd. dollara çatıb

Cari ilin ilk yarısında sığorta şirkətlərin məcmu itkiləri 70 mlrd. dollara çatıb
# 10 sentyabr 2011 09:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyada zəlzələlərdən sığortalanmış zərər 2011-ci ildə tarixdə ən yüksək olacaq. “APA-Economics”in məlumatına görə, bu barədə dünyanın ən iri təkrar sığorta şirkətlərindən olan İsveçrənin “Swiss Re” şirkətinin məlumatında deyilir.

Şirkətin hesablamalarına görə, cari ilin ilk yarısında sığorta şirkətlərinin zəlzələ və texnogen qəzalardan məcmu itkiləri 70 mlrd. dollara çatıb ki, bunun da 67 mlrd. dolları məhz təbii fəlakətlərdən olan itkilərdir. Müqayisə üçün, 2010-cu ilin yanvar-iyununda bu göstəricilər müvafiq olaraq 29 mlrd. dollar və 27 mlrd. dollar təşkil edib. Ümumilikdə isə 2010-cu ildə sığorta şirkətlərin bu cür hadisələrdən itkiləri 43 mlrd. dollara bərabər olub.

“Swiss Re” şirkətinin digər hesablamalara görə, 2011-ci ilin yanvar-iyun ayları ərzində müxtəlif fəlakətləri nəticəsində dünya iqtisadiyyata vurulan zərər 278 mlrd. dollara bərabər olub. Bütün ötən il ərzində bu göstərici 218 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR