Bank Of Baku

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi üzrə iki ölkənin statistikasında fərqin olmasına aydınlıq gətirilib

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi üzrə iki ölkənin statistikasında fərqin olmasına aydınlıq gətirilib
# 12 sentyabr 2011 07:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi üzrə iki ölkənin gömrük statistikasında fərqin olması başa düşüləndi. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: «Belə fərqlərə bütün ölkələr arasında rast gəlinir».

Bundan öncə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle iki ölkə arasında gömrük statistikasında ticarət əlaqələrində 400 mln. ABŞ dolları həcmində fərqin olduğunu bildirib.

A.Əliyev isə buna aydınlıq gətirərək qeyd edib ki, Almaniyadan Azərbaycana bu il ümumi dəyəri 231 mln. dollar olan 6 təyyarə gətirilib və bunlar hələ gömrük rəsmiləşdirilməsini keçməyib. Komitə sədri bildirib ki, hazırda avialaynerlər Bakı hava limanındadır: «Bundan başqa, Almaniyadan Azərbaycana avtomobillər gətirilir ki, avtomobillərin bir hissəsi sərnişin bəyannaməsi ilə gətirilir, digər hissəsi isə başqa statistika ilə qeydə alınır. Belə fərqlərin yaranmasının səbəbi də budur».

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2011-ci ilin ilk yarısında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 357,385 mln. dollar təşkil edib. Bunun 351,905 mln. dolları ixracın, 5,480 mln. dolları isə idxalın payına düşür. Nəticədə 346,425 mln. dollarlıq mənfi saldo yaranıb. Ötən ilin yanvar-iyun aylarına nisbətən iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 57,3%, o cümlədən ixrac 59%, mənfi saldo 60,1% artıb, idxal isə 21% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR