Bank Of Baku

Azərbaycanın gömrük sistemində «qırmızı», «sarı» və «yaşıl» dəhlizlər yaradılıb

Azərbaycanın gömrük sistemində «qırmızı», «sarı» və «yaşıl» dəhlizlər yaradılıb
# 12 sentyabr 2011 10:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsində risklərin idarə olunması mərkəzi istifadəyə verilib. «APA-ECONOMICS»in məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev bildirib.

Komitə sədrinin sözlərinə görə, mərkəzin işi çərçivəsində ölkəyə girişlərdə «qırmızı», «sarı» və «yaşıl» dəhlizlərin tətbiqinə başlanılıb. Həmin dəhlizlər yalnız hava limanında istifadə olunur.

Bundan başqa, komitə sədri bildirib ki, Lökbatanda yeni avtomobil terminalının tikintisi artıq başa çatıb. Hazırda texniki məsələlər həll olunur və yaxın vaxtlarda terminalın işə düşəcəyi və avtomobillərin «bir pəncərə» sistemi ilə qeydiyyatına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR