Bank Of Baku

BVF Belarus prezidentinin ittihamlarına cavab verib

BVF Belarus prezidentinin ittihamlarına cavab verib
# 12 sentyabr 2011 12:55 (UTC +04:00)
Bakı - APA-Economics. “Beynəlxalq Valyuta Fondu (BVF) Belarus da daxil olmaqla bütün ölkələrə kredit ayırmaq barədə qərar qəbul edərkən siyasi motivlərdən çıxış etmir”. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə BVF-nin mətbuat xidmətindən bildirilib.

Fond rəsmisi bildirib ki, BVF-nin siyasi şərtlər irəli sürmək səlahiyyəti yoxdur: “BVF-nin proqramlarının maliyyələşdirilməsi üçün digər ölkə və təşkilatların da dəstəyi vacibdir. Bunun üçünsə beynəlxalq ictimaiyyətin kredit alan ölkəyə xoş münasibətdə olması tələb olunur. BVF-də qərarlar bütün üzv ölkələrin təmsil olunduğu Şura tərəfindən verilir”.

BVF nümayəndəsi Belarusa kredit verilməsinin şərtlərini də açıqlayıb: “Belarus hökuməti iqtisadi siyasətdə qətiyyətli addımlara hazır olduğunu nümayiş etdirməli və struktur islahatları həyata keçirməlidir”.

Qeyd edək ki, ötən həftə Belarus prezidenti Aleksandr Lukaşenko BVF-ni ölkəni dizi üstə çökdürmək niyyətində olmaqda ittiham edib. O, fond təmsilçilərinin ölkəyə kredit ayrılmasının müqabilində siyasi məhbusların azadlığa buraxılmasını tələb etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR