Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçiriləcək

Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçiriləcək
# 12 sentyabr 2011 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Sentyabrın 13-də Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, iclasda Müşahidə Şurası tərəfindən qurumun yeni nizamnaməsi, həmçinin sentyabr ayının sonunda Bakıda keçiriləcək II Sığortaçılar Olimpiadasının təşkili ilə bağlı işlər və digər məsələlər müzakirə ediləcək: «Bu olimpiada artıq ikinci dəfə keçirilir və burada ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətlərinin nümayəndələri iştirak edə bilər».

A.Əliyev bildirib ki, Müşahidə Şurası tərəfindən ASA-nın əlavə və dəyişikliklər edilmiş yeni nizamnaməsi müzakirə edildikdən sonra qurumun hüquq komitəsinə təqdim ediləcək: «Yeni tərtib olunmuş nizamnamə ilə əvvəlki nizamnamə arasında ciddi fərqlər var, amma mən bunu indidən açıqlamaq istəməzdim».

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR