Bank Of Baku

Barak Obama: “İlk vaxtlar iqtisadi böhranla mübarizədə səhvlərə yol vermişəm”

Barak Obama: “İlk vaxtlar iqtisadi böhranla mübarizədə səhvlərə yol vermişəm”
# 13 sentyabr 2011 12:10 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə prezident Almaniyanın DPA telekanalında müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti postunda fəaliyyətə başladığı ilk dövrlərdə iqtisadi böhranla mübarizədə səhvlərə yol verib: “Bu cür tarixi böhranla mübarizədə hər şey mükəmməl səviyyədə ola bilməz”.

Barak Obama deyib ki, hazırda malik olduğu biliklərə o zaman sahib olsaydı, bəzi məsələlərlə bağlı fərqli qərarlar qəbul edərdi: “Son üç ili xatırlayanda isə düşünürəm ki, biz çox-çox ağır situasiyanın öhdəsindən gəlmişik”.

Avropadakı borc böhranını şərh edən ABŞ prezidenti bunun Amerika iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini söyləyib: “Çünki biz qlobal iqtisadiyyat şəraitində yaşayırıq. Bu səbəbdən ABŞ administrasiyası avropalılarla birgə böhranı həll etməyə çalışır. Avronun böhranı həll olunmayınca, biz dünya iqtisadiyyatında zəifliklərlə qarşılaşmalı olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR