Bank Of Baku

«Expressbank» yeni hədiyyə kampaniyasına start verib

«Expressbank» yeni hədiyyə kampaniyasına start verib
# 30 noyabr 2011 12:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC bu gündən «Səhifəmizi bəyən və pulsuz plastik kart əldə et» adlı kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Expressbank»ın «Facebook» sosial şəbəkəsində olam rəsmi səhifəsini bəyənən hər 50-ci iştirakçıya pulsuz «Visa Electron», hər 100-cü iştirakçıya isə «Visa Cassic» plastik kartları hədiyyə ediləcək.

Kampaniyanın keçirilməsində əsas məqsəd bankda mövcud olan xidmət və məhsullar haqqında məlumatın daha geniş auditoriyaya çatdırılmasıdır.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i yerli hüquqi şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR