Bank Of Baku

Bu ilin 10 ayında Türkiyənin ixracı 20%, idxalı 36% artıb

Bu ilin 10 ayında Türkiyənin ixracı 20%, idxalı 36% artıb
# 30 noyabr 2011 13:24 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin oktyabr ayında Türkiyənin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artaraq 11 mlrd. 935 mln. dollara, idxalı isə 15,1% artaraq 19 mlrd. 915 mln. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, Türkiyə Statistika Qurumu hesabat dövründə xarici ticarət dövriyyəsinin kəsiri 26% artaraq 7 mlrd. 980 mln. dollar olub. Bu, mart ayından bu yana ən aşağı aylıq göstəricidir.

Bu ilin 10 ayı ərzində isə Türkiyənin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,2% artaraq, 678 mln. dollardan 111 mlrd. 398 mln. dollara çatıb. İdxaldakı artım isə 36,3% təşkil edib - 147 mlrd. 851 mln. dollardan 201 mlrd. 581 mln. dollara. Nəticədə xarici ticarət dövriyyəsinin kəsiri 63,5% artaraq 90 mlrd. 183 mln. dollara yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR