Bank Of Baku

İtaliyanın yeni baş naziri büdcəyə qənaət tədbirlərinə özündən başlayıb

İtaliyanın yeni baş naziri büdcəyə qənaət tədbirlərinə özündən başlayıb
# 30 noyabr 2011 14:22 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, M.Monti qənaət tədbirlərinə özündən başlamaq qərarına gəlib.

Əvvəlcə mühafizəçilərinin sayını azaldan baş nazirin indi cəmi bir cangüdən qoruyur. O, təyyarə ilə 5000 avroya başa gələcək Milan-Roma səfərini 98 avroluq qatarla gerçəkləşdirib.

Əyləncə dünyasına da əl qoyan M.Monti RAİ dövlət televiziyasına yüksək xərc tələb edən əyləncə və xəbər proqramlarını yayından qaldırmaq göstərişi verib. Bu səbəbdən 1970-ci illərdən üzü bəri İtaliyada izlənmə rekordları vuran “90-cı dəqiqə” proqramı başda olmaqla bir çox verilişlər tamaşaçılarla vidalaşıb. RAİ-nin Çempionlar Liqası, Olimpiadalar və Dünya Kuboku kimi yayım hüquqlarına da xitam verilib.

Büdcəyə qənaət tədbirləri İtaliyanın 2020-ci il Olimpiadasına ev sahibliyi iddiası üzərinə də kölgə salıb. Ehtimal olunur ki, Olimpiada xərcləri çox olarsa, M.Monti İtaliyanın bu iddiadan vaz keçdiyini açıqlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR