Bank Of Baku

Tələbələr arasında vergilər mövzusunda müsabiqə keçirilib

Tələbələr arasında vergilər mövzusunda müsabiqə keçirilib
# 30 noyabr 2011 14:53 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Dövlət İqtisad Universitetində 9 ali məktəbin tələbələri arasında “Vergilər” mövzusunda bilik müsabiqəsi keçirilib.

APA-Economics”in xəbərinə görə, elektron formada aparılan müsabiqənin iştirakçıları Vergilər Nazirliyinin Tədris Mərkəzinin müvafiq test bazası əsasında hazırlanan sualları cavablandırıblar.

Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilib. I və II yerlərə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Sənan Yusifov və Elvin Şahbazov, III yerə isə Azərbaycan Universitetinin tələbəsi Nəsimi Yusifov layiq görülüb.

Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR