Bank Of Baku

Gələn həftə Bakıda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gələn həftə Bakıda Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 01 dekabr 2011 09:30 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Dekabrın 6-7-də Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək. Bu barədə “APA-Economics”ə Pakistan səfirliyindən məlumat verilib.

İclasda iştirak etmək məqsədilə Pakistan hökumətini təmsil edən nümayəndə heyəti Azərbaycan paytaxtına səfər edəcək. İclas zamanı iki ölkə arasında iqtisadi-texniki əməkdaşlıq məsələləri əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası dörd ildən bir keçirilir. Komissiya iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması yollarını və bu sahədə müvafiq layihələri müzakirə edir. 1995-ci ildə yaradılan komissiyanın Azərbaycan tərəfdən həmsədri baş nazirin birinci müavini Yaqub Eyyubovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR