Bank Of Baku

«Joint Leasing» şirkəti bu il lizinq portfelini 32 mln. manata çatdıracaq

«Joint Leasing» şirkəti bu il lizinq portfelini 32 mln. manata çatdıracaq
# 01 dekabr 2011 10:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Joint Leasing» şirkəti 2011-ci il ərzində lizinq portfelini 32 mln. manata çatdıracağını proqnozlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş direktoru Elçin Əhmədov bildirib.

E.Əhmədovun sözlərinə görə, 2010-cu illə müqayisədə cari ildə lizinq portfelində ciddi artım gözlənilmir. Lizinq portfelinin həcmi bu il ərzində stabil qalacaq: «Amma ola bilər ki, portfel 2010-cu ilin yekun göstəricisindən bir qədər çox olsun».

Şirkətin baş direktoru bildirib ki, ilkin olaraq 2011-ci il ərzində lizinq portfelinin artımı nəzərdə tutulurdu, lakin Avropanın maliyyə qurumlarından cəlb etmə ilə bağlı yaranan problemlər bu prosesi bir qədər ləngidib: «Biz bu cəlb etməni həyata keçirmək üçün 6 ay gözləməli olacağıq».

E.Əhmədov qeyd edib ki, bu il lizinq portfelində kommersiya obyektlərinin lizinqi məhsulunun xüsusi çəkisi 15% təşkil edib. Xüsusi çəkinin az olması Azərbaycan mənzil bazarında qiymət dəyişikliyi baxımından yaran obyektiv və subyektiv amillərlə bağlıdır. Buna görə də, riski azaltmaq məqsədi ilə bu məhsula yanaşmaya yenidən baxılıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR