Bank Of Baku

MDB-nin beynəlxalq maliyyə mərkəzlərindən biri Bakıda yaradıla bilər

MDB-nin beynəlxalq maliyyə mərkəzlərindən biri Bakıda yaradıla bilər
# 01 dekabr 2011 10:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. MDB məkanında beynəlxalq maliyyə mərkəzlərindən birinin Bakıda yaradılması məsələsi müzakirə olunur və bunun aspektləri öyrənilir. “APA-Economics”in xəbərinə görə, bu barədə MDB-nin Maliyyə-Bank Şurasının Koordinasiya Şurasının sədri Anatoli Kazakov bildirib.

“MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Bank Konfransı çərçivəsində düzənlənən mətbuat konfransında çıxış edən A.Kazakov Azərbaycan banklarını Moskvada yaradılan Maliyyə Mərkəzinin fəaliyyətində iştirak etməyə çağırıb.

MDB-nin Maliyyə-Bank Şurasının birinci vitse-prezidenti, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev isə bildirib ki, analoji mərkəzin Bakıda da yaradılması ideyası mövcuddur və bu məsələyə baxılır: “İkinci məsələ ilə bağlı Azərbaycan bankları ilə müvafiq danışıqların aparılması mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR