Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı gələn il ünvanlı kreditlərin ayrılması prosesini davam etdirməyəcək

Azərbaycan Mərkəzi Bankı gələn il ünvanlı kreditlərin ayrılması prosesini davam etdirməyəcək
# 01 dekabr 2011 11:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən qlobal maliyyə böhranı zamanı likvidliyin təmin edilməsi məqsədi ilə ayırdığı bir sıra iri ünvanlı kreditlərə xidmətin göstərilməsi prosesi qrafik üzrə həyata keçirilir. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyev vurğulayıb ki, Azərbaycan Dövlət Neft Şirkəti cəlb etdiyi kredit üzrə ödənişləri qrafiki qabaqlayaraq həyata keçirir.

AMB rəsmisinin sözlərinə görə, 2012-ci ildə belə kreditlərin ayrılması nəzərdə tutulmur.

Qeyd edək ki, maliyyə vəziyyəti və likvidliyin təmin edilməsi üçün Mərkəzi Bank bir sıra iri təsərrüfat subyektləri və banklara kreditlər ayırıb və bunların qaytarılması prosesində heç bir problem müşahidə olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR