Bank Of Baku

Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olub

Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olub
# 01 dekabr 2011 11:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində rayon (şəhər) üzrə maliyyə idarələrinin (şöbələrinin) və xəzinədarlıq idarələrinin «Xəzinə əməliyyatlarının uçotu» üzrə mütəxəssisləri üçün «Dövlət büdcəsinin uçotu və hesabatı» mövzusunda növbəti ixtisasartırma kursu keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədrisdə dinləyicilər qarşısında «Xəzinədarlıq sistemi barədə ümumi məlumatlar», «Əsas vəsaitlər, mal-materiallar, rul vəsaitləri üzrə əməliyyatların uçotu», «Xəzinədarlıq sahəsində tətbiq edilən yeniliklərin işləmə prinsiri», «Mühasibat uçotu haqqında Azərbaycanın Qanunu və Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin Fərmanının qısa şərhi; həmin qanundan irəli gələn Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə əlaqədar görülən işlər və Mühasibat uçotu sahəsində yeniliklər barədə», «Şəffaflığın artırılması və korrursiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın Maliyyə Nazirliyində həyata keçirilməsi barədə» və digər mövzularda mühazirələr oxunub.

Tədrisin yekununda kompüter proqramı vasitəsi ilə keçirilən test imtahanında dinləyicilərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi yoxlanılıb. Tədrisi müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq şəhadətnamə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR