Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı ilin sonunda valyuta alışını artıra bilər

Azərbaycan Mərkəzi Bankı ilin sonunda valyuta alışını artıra bilər
# 01 dekabr 2011 12:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankının daxili valyuta bazarında həyata keçirdiyi valyuta alışı əməliyyatlarının həcmi kiçik olub. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, bu göstərici təxminən 100-120 mln. dollara bərabər olub.

A.Quliyevin sözlərinə görə, eyni zamanda ilin sonuna kimi bu rəqəmin artaması müknüdür ki, bunun da əsas səbəbi məhz ilin sonunda bəzi büdcə ödənişlərinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, Dövlət Neft Fondundan büdcəyə keçirilən transferlər ilkin olaraq valyutadan manata konvertasiya edilir. Bu da ölkədə ən böyük valyuta alıcısı olan Mərkəzi Bank tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR