Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı xaricdə yeni nümayəndəlik açır

Azərbaycan Beynəlxalq Bankı xaricdə yeni nümayəndəlik açır
# 01 dekabr 2011 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Qətərdə nümayəndəlik açmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

C.Hacıyevin sözlərinə görə, bank hazırda Qətərdə nümayəndəliyin açılması istiqamətində işlər aparır. ABB-nin xaricdə nümayəndəliyinin açılması prosesini ləngidən əsas səbəblərdən biri dünya maliyyə böhranı olub. «Lakin buna baxmayaraq, bank bu nümayəndəliyin açılması planlaşdırır», - deyə C.Hacıyev bildirib.

Qeyd edək ki, hazırda bankın Frankfurt, Dubay, Nyu-York, Lüksemburq, Londonda nümayəndəlikləri mövcuddur.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR