Bank Of Baku

Gələn il Azərbaycan Beynəlxalq Bankının qiymətləndirilməsi aparılacaq

Gələn il Azərbaycan Beynəlxalq Bankının qiymətləndirilməsi aparılacaq
# 01 dekabr 2011 13:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi üzrə məsləhətçi dekabr ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsinə ilk hesabatını təqdim edəcək. «APA-Economics»in məlumatına görə, bunu Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

Qeyd edək ki, ABB-nin nizamnamə kapitalındakı dövlətə məxsus payın azaldılması (dövlətsizləşdirilməsi) və özəlləşdirilməsi şərtlərinə dair təkliflərin hazırlanması üçün məsləhətçinin seçilməsi üzrə keçirilmiş açıq tenderin nəticələrinə uyğun olaraq, «PricewaterhouseCoopers Audit Azerbaijan» MMC, «Rothschild & CIE» şirkəti və «Salans UK Ltd.» şirkətinin Azərbaycandakı filialından ibarət konsorsium tenderin qalibi elan olunub.

C.Hacıyevin sözlərinə görə, hesabatın hazırlanaraq təqdim edilməsi məsləhətçinin işinin ilk mərhələsidir. Bu proses çərçivəsində Bankın özəlləşdirilməsinin üsulu üzrə təkliflər hazırlanır. Bura həmçinin özəlləşdirmənin əlavə emissiya hesabına və yaxud hazırkı dövlət payının satılması yolu ilə həyata keçirilməsi məsələsi də aiddir.

Növbəti mərhələdə ABB-nin qiymətləndirilməsi aparılacaq ki, bu da beynəlxalq auditor şirkəti tərəfindən təsdiq olunmuş audit rəyi əsasında aparılacaq. C.Hacıyev qeyd edib ki, bu prosesin 2011-ci ilin yekunları üzrə həyata keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR