Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının aktivlərinin azalması xarici borcların qaytarılması ilə bağlıdır

Azərbaycan Beynəlxalq Bankının aktivlərinin azalması xarici borcların qaytarılması ilə bağlıdır
# 01 dekabr 2011 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev son illər ərzində bankın aktivləri üzrə müşahidə olunan azalma prosesinə aydınlıq gətirib.

«APA-Economics»in məlumatına görə, bankın aktivləri təkcə Azərbaycanda deyil, hətta xarici ölkələrdə də (nümayəndəliklər istisna olmaqla) mövcuddur: «Aktivlərin azalmasına səbəb isə qlobal böhran şəraitində bankın xarici borcların qaytarılması ilə bağlı ola bilər. Bankda aktivlərin həcminin azalması və ya artması müşahidə oluna bilər və bu, dinamik prosesdir».

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.

Cari il oktyabr ayının 1-nə ABB-nin aktivləri 4 922,780 mln. manat, kredit portfeli 3 064,096 mln. manat, depozit portfeli 2 241,737 mln. manat, məcmu kapitalı 503,027 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat, gəlirləri 274,722 mln. manat, xərcləri 255,819 mln. manat, mənfəəti isə 18,903 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR