Bank Of Baku

«Amrahbank» ilk ixtisaslaşmış filialını açmağa hazırlaşır

«Amrahbank» ilk ixtisaslaşmış filialını açmağa hazırlaşır
# 01 dekabr 2011 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Amrahbank» ASC 2012-ci ildə Bakıda ixtisaslaşmış «Liziq filialı»nı açmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurası sədrinin müşaviri Xaliq İldırımzadə bildirib.

X.İldırımzadənin sözlərinə görə, açılması növbəti il ərzində nərədə tutulan filial müştərilərə yalnız lizinq xidmətləri göstərəcək: «Hazırda filialın təsis sənədlərinin hazırlanması, onun yerləşəcəyi ərazinin seçilməsi istiqamətində iş aparılır», - deyə bank rəsmisi bildirib.

Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR