Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı pərakəndə bankçılıq sahəsinə diqqətini artırır

Azərbaycan Beynəlxalq Bankı pərakəndə bankçılıq sahəsinə diqqətini artırır
# 01 dekabr 2011 14:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) yerli bazardan pul vəsaiti cəlb etmək məqsədi ilə fəaliyyətinin əsas hissəsini pərakəndə bankçılıq sahəsinə yönəldəcək. «APA-Economics»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

C.Hacıyevin sözlərinə görə, hazırda Avropa banklarından maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində müəyyən problemlər yaranıb, bu da həmin maliyyə mənbələrində likvidliyin azalması ilə bağlıdır: «Maliyyə vəsaitinin yerli bazardan cəlb edilməsi üçün Beynəlxalq Bank pərakəndə məhsulların çeşidini daha da genişləndirmək niyyətindədir. Yeni pərakəndə bank məhsulu kimi «Qızıl əmanəti»ni misal gətirmək olar».

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.

Cari il oktyabrın 1-nə ABB-nin aktivləri 4 922,780 mln. manat, kredit portfeli 3 064,096 mln. manat, depozit portfeli 2 241,737 mln. manat, məcmu kapitalı 503,027 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat, gəlirləri 274,722 mln. manat, xərcləri 255,819 mln. manat, mənfəəti isə 18,903 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR