Bank Of Baku

«Rabitəbank» Qubada «Müasir iş bazarında düzgün karyera seçimi» mövzusunda seminar keçirib

«Rabitəbank» Qubada «Müasir iş bazarında düzgün karyera seçimi» mövzusunda seminar keçirib
# 01 dekabr 2011 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC və IREX (Beynəlxalq Araşdırmalar və Mübadilə Mərkəzi) təşkilatı Qubada «Müasir iş bazarında düzgün karyera seçimi» mövzusunda seminar keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, seminarın başlıca məqsədi Azərbaycanın regionlarında fəal gənclərin perspektivli inkişafını təmin etmək, onlara iş yerlərinin düzgün seçilməsində və karyeralarının qurulması istiqamətində səmərəli tövsiyələr verməkdən ibarət olub.

Təlimdə Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan gənclər iştirak ediblər. Təlim ərzində gənclərə Azərbaycanın müasir iş bazarındakı vəziyyət, karyera qurulması baxımından iqtisadiyyatın perspektivli sahələri, potensial namizədlərin üstünlükləri, CV-nin tərtib olunması üsulları, müsahibəyə hazırlıq, müsahibə prosesi, iş axtarışı və professional inkişaf üçün ümumi tövsiyələr barədə ətraflı məlumat verilib.

Treninqin sonunda təlim iştirakçıları «Rabitəbank» ASC-nin Quba, Qusar və Xaçmaz filiallarında olan vakansiyaları nəzərdən keçirmək üçün testlərdən keçirilib.

Qeyd edək ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR