Bank Of Baku

Azərbaycanda iki yeni kredit ittifaqı yaradılıb

Azərbaycanda iki yeni kredit ittifaqı yaradılıb
# 02 dekabr 2011 15:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda iki yeni kredit ittifaqı yaradılıb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, noyabrda ölkədə iki kredit ittifaqı qeydiyyata alınıb. Bunlardan, «Aran 2011 Kredit İttifaqı» MMC Ağcabədi rayonunun Hindarx kəndində 15 fiziki şəxs tərəfindən təsis edilib. İttifaqın nizamnamə kapitalı 4 200 manat təşkil edir.

Həmçinin, Bakı şəhərinin Xətai rayonunda 11 fiziki şəxs tərəfindən «M.F. Kredit İttifaqı» MMC təsis edilib, ittifaqın nizamnamə kapitalı 4 000 təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR