Bank Of Baku

“Sığorta şirkətlərində Korporativ İdarəetmə və məlumatların açıqlanması” mövzusunda seminar keçirilib

“Sığorta şirkətlərində Korporativ İdarəetmə və məlumatların açıqlanması” mövzusunda seminar keçirilib
# 03 dekabr 2011 07:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan Korporativ İdarəetmə Layihəsi və “Isgandarov & Partners” konsaltinq şirkətinin təşkilatçılığı ilə Bakıda “Sığorta şirkətlərində Korporativ İdarəetmə və məlumatların açıqlanması” mövzusunda seminar keçirilib. Korporasiyadan “APA-Economics”ə verilən məlumatına görə, seminarın açılışında çıxış edən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, korporativ idarəetmə əsasları və prinsipləri sığorta şirkətləri üçün çox mühümdür və sığorta şirkətlərinə həm yerli qanunvericiliklə, həm də qabaqcıl beynəlxalq təcrübə ilə, korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi tövsiyə olunur.

IFC Azərbaycan Korporativ İdarəetmə Layihəsinin rəhbəri Kerolayn Brayt bildirib ki, bu layihə 2004-cü ildən fəaliyyət göstərir və bu günə kimi 600-dən artıq təşkilat və bank bu layihə üzrə məsləhətlər alıb. Xüsusilə korporativ idarəetmə layihələrinin tətbiqi nəticəsində təşkilatların aldıqları əhəmiyyətli faydalarından biri kimi əlavə investisiyaların cəlb edilməsi qeyd edilib.

Seminarın əsas məqsədi iştirakçılara səmərəli korporativ idarəetmənin əsas komponentləri və sığorta sektorunda qabaqcıl təcrübələrinin tətbiq edilməsi barədə məlumatların təqdim edilməsidir. Sığorta şirkətlərində korporativ idarəetmənin tətbiqi üçün vacib olan maliyyə və qeyri-maliyyə məlumatlarının açıqlanmasına xüsusi diqqət yetirilib, bu sahədə müvafiq siyasətlərin və təcrübələrin mövcud olması barədə məlumatlar təqdim edilib.

Seminarda Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkətinin idarə heyətinin sədrləri, idarə heyətinin üzvləri və hüquq, maliyyə, aktuari departamentlərinin rəhbərləri iştirak ediblər. Seminarda şirkətlərdə daxili nəzarət, risklərin idarə edilməsi, şura komitələrinin yaradılması və digər məsələlər müzakirə edilmişdir və bu istiqamətlərdə sığorta şirkətlərində işlərin aparılması vacibliyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR