Bank Of Baku

İsveç Avropanın ən etibarlı borc alanıdır

İsveç Avropanın ən etibarlı borc alanıdır
# 03 dekabr 2011 08:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin sentyabr-noyabr ayların yekunlarına görə, Avropanın ən etibarlı borc alanı artıq Almaniya deyil, İsveç elan edilib. “APA-Economics”-in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, İsveç və Almaniyanın qiymətli borc kağızlarının gəlirliliyi arasında fərq 0,4 faiz bəndi təşkil edir ki, bu da o deməkdir ki, investorlar İsveç qiymətli kağızları digər ölkələrin, o cümlədən Almaniyanın qiymətli kağızlarının gəlirliliyindən daha aşağı dərəcələrlə almağa razıdır.

İsveç iqtisadiyyatına inam o cümlədən onun Avrozonadan kənar olması ilə izah olunur. Bundan başqa, ölkənin dövlət borcunun ÜDM-ə nisbəti 36%-ə bərabərdir ki, bu da Avrozona üzrə orta göstəricisindən (88%) çox aşağıdır.

Qeyd edək ki, “Standard & Poors” beynəlxalq reytinq agentliyinin sıralarında “Barclays”, “HSBC Holdings”, “UBS”, “JPMorgan Chase & Co”, “Bank of America”, “Citigroup”, “Wells Fargo & Co”, “Goldman Sachs Group”, “Morgan Stanley” də olmaqla, 15 ABŞ və Avropa bankının reytinqini aşağı salması fonunda, agentlik İsveçin 4 ən iri bankının reytinqini "A" səviyyəsindən "A+" səviyyəsinə yüksəldib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR