Bank Of Baku

Azərbaycan bir neçə ölkə ilə gömrük sahəsində sazişlər imzalamağı planlaşdırır

Azərbaycan bir neçə ölkə ilə gömrük sahəsində sazişlər imzalamağı planlaşdırır
# 03 dekabr 2011 09:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Gələn il Azərbaycan bir neçə ölkə ilə gömrük sahəsində sazişlər imzalamağı planlaşdırır. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Hazırda DGK tərəfindən bu sahədə Makedoniya, Küveyt, İordaniya Haşimilər Krallığı, Macarıstan və digər bir neçə ölkə ilə sazişlərin hazırlanıb imzalanması istiqamətində işlər aparılır.

Komitədən verilən məlumata görə, 2011-ci ilin ötən dövrü ərzində ikitərəfli gömrük əməkdaşlığının inkişaf etdirilməsi üzrə müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində aparılmış işlərin nəticəsi olaraq Argentina, Birləşmiş Ərəb Əmirlikləri və Serbiya ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Hökumətlərarası Sazişlər imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR