Bank Of Baku

«Unileasing» şirkəti xaricdən yeni kredit cəlb edib

«Unileasing» şirkəti xaricdən yeni kredit cəlb edib
# 05 dekabr 2011 08:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unileasing» QSC Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasından (ITFC) 3,5 mln. ABŞ dolları həcmində kredit cəlb edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəsaitlər ölkədə kiçik və orta sahibkarlıq sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Lizinq əməliyyatları Departamentinin direktoru Hikmət İbrahimovun sözlərinə görə, potensial müştərilərin sayının həddən artıq çox olması və maliyyələşmə şərtlərinin sadələşdirilməsi bu vəsaitlərin istifadə olunmasına geniş imkanlar yaradıb.

Xatırladaq ki, təsisçisi «UniBank» (66,67%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (33,33%) olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR