Bank Of Baku

İtaliya hökuməti sərt qənaət tədbirlərini qəbul edib

İtaliya hökuməti sərt qənaət tədbirlərini qəbul edib
# 05 dekabr 2011 10:16 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliya hökuməti ölkə iqtisadiyyatının bərpası və avrozonanı borc böhranının yayılmasından xilas etmək məqsədi güdən sərt qənaət tədbirlərini qəbul edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə üç saat davam edən müzakirələrdən sonra baş nazir Mario Monti açıqlama verib.

Onun sözlərinə görə, hökumət 2012-2014-cü illəri əhatə edəcək anti-böhran paketi nəticəsində büdcə konsolidasiyası tədbirləri hesabına xəzinəyə 20 mln. avro, ümumi iqtisadi artım nəticəsində isə 10 mlrd. avro əldə etməyi planlaşdırır.

Hökumətin təklif etdiyi sərt qənaət tədbirləri ƏDV-nin 2%-ə qaldırılmasını, təkrar əmlak vergisinin tətbiqini, pensiya yaşının qadınlar üçün 62 yaşa (2018-ci ildən 66 yaşa), kişilər üçün 66 yaşa qədər artırılmasını nəzərdə tutur.

Bundan başqa, İtaliyanın nəhəng dövlət aparatının xərclərinin azaldılması, korrupsiya və vergidən yayınma ilə mübarizə tədbirlərinin tətbiqi, eləcə də rəqabətin stimullaşdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR