Bank Of Baku

«Xalq Bank»ın yeni regional filialı açılıb

«Xalq Bank»ın yeni regional filialı açılıb
# 05 dekabr 2011 11:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Xalq Bank» ASC-nin Qusar filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Qusar filialı bankın bölgələrdə fəaliyyət göstərən sayca 13-cü filialıdır. Yeni filial əhaliyə və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta mübadiləsi, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla bank xidmətlərinin tam spektrdən faydalanmaq imkanı verir. Qeyd edək ki, yeni filial Qusar şəhəri, F.Musayev küçəsi,68 ünvanında yerləşir.

Xatırladaq ki, hazırda bankın ölkə üzrə 17 filialı və 1 şöbəsi fəaliyyət göstərir.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari il oktyabrın 1-nə bankın ölkə üzrə 15 filialı, 31 bankomatı, 54 POS-terminalı və 406 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR