Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlindən xarici öhdəliklər üzrə 98,4 mln. manat və ya 4%, oktyabr ərzində isə 54,8 mln. manat və ya 2,3% azalma baş verib:
Eyni zamanda, bankların məcmu xarici aktivlərinin həcmi 2011-ci il noyabrın 1-nə 1 741,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 452,2 mln. manat və ya 35,1% çoxdur. Eyni zamanda, ilin əvvəlindən bu göstərici 49,8 mln. manat və ya 2,9% artıb, oktyabr ayı ərzində isə 134,1 mln. manat və ya 7,2%-lik azalma müşahidə olunub.
Nəticədə, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında 630,3 mln. manatlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 19% azdır.