Bank Of Baku

Azərbaycanda bankların manatda olan öhdəlikləri üzrə məcburi ehtiyat norması artırılıb

Azərbaycanda bankların manatda olan öhdəlikləri üzrə məcburi ehtiyat norması artırılıb
# 05 dekabr 2011 13:49 (UTC +04:00)
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bu addım Mərkəzi Bankın pul siyasətinin istiqamətlərinə uyğun olaraq makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətin davam etdirilməsi çərçivəsində həyata keçirilib.

Bankın məlumatında deyilir ki, qlobal iqtisadi mühitin qeyri-müəyyənliyi şəraitində milli iqtisadiyyat öz inkişafını davam etdirir və onun xarici mövqeyi əlverişlidir: «Bank sektoru yüksək maliyyə dayanıqlığı nümayiş etdirir və kifayət qədər likvidliyə malikdir. Valyuta ehtiyatlarının davamlı artması və bank sisteminin yüksək likvidliyi şəraitində pul kütləsinin həcminin makroiqtisadi və maliyyə sabitliyinə adekvat olan səviyyədə idarə olunması mühüm vəzifə olaraq qalır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR