Bank Of Baku

Azərbaycanda bank depozitləri azalıb

Azərbaycanda bank depozitləri azalıb
# 05 dekabr 2011 14:06 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artıb, oktyabrda isə 32,8 mln. manat və ya 0,4% azalıb.

Depozitlərin strukturunda 3 675,0 mln. manat və ya 42,2% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi son bir ildə 787,5 mln. manat və ya 27,3% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi noyabrın 1-nə 5 032,8 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 783,7 mln. manat və ya 18,4% artıb. Depozitlərin tərkibində 2 563,4 mln. manat və ya 50,9% maliyyə təşkilatları, 2 469,4 mln. manat və ya 49,1% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür. Oktyabr ayında baş verən azalmanın səbəbi qeyri-maliyyə təşkilatlarında depozitlərin azalması ilə bağlıdır. Belə ki, bu göstərici ay ərzində 118,4 mln. manat azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR