Bank Of Baku

«AtaBank» ötən il depozit portfelini 10% artırıb

«AtaBank» ötən il depozit portfelini 10% artırıb
# 02 fevral 2012 13:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 231,1 mln manat təşkil edib ki, bu da əvvəlki ilin göstəriciləri ilə müqayisədə 7,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 6% artaraq 146,7 mln. manat, depozit portfeli 9,7% artaraq 163,1 mln. manat, o cümlədən fiziki şəxslərin müddətli əmanətləri 19,8% artaraq 101,9 mln. manat olub. İlin nəticəsinə görə, bankın xalis mənfəəti 3,1 mln. manat təşkil edib.

Cari ilin əvvəlinə bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1,53% və 12,45% təşkil edib.

Bundan başqa, qeyd olunan dövr ərzində «AtaBank»ın bankomatlarının sayı 19% artaraq 64-ə, POS-terminalların sayı isə 604-ə çatıb.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR