Bank Of Baku

Bu gün Azərbaycanda hava şəraiti ilə əlaqədar banklar ödəniş sistemləri üzrə xidmətləri vaxtından əvvəl dayandırıb

Bu gün Azərbaycanda hava şəraiti ilə əlaqədar banklar ödəniş sistemləri üzrə xidmətləri vaxtından əvvəl dayandırıb
# 02 fevral 2012 14:03 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu gün ölkənin ödəniş sistemlərinin fəaliyyəti vaxtından əvvəl dayandırılıb. Kommersiya banklarından «APA-Economics»ə verilən məlumata görə, Mərkəzi Bankın göstərişi ilə kiçik ödənişlər sisteminin (XÖHKS – Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi) işi adi iş günlərindəki 15:00 əvəzinə 14:30-dan dayandırılıb.

Bundan başqa, SWIFT sisteminin bugünkü iş vaxtı ənənəvi olaraq 16:30 əvəzində 15:00-da başa çatıb. Eyni zamanda, Mərkəzi Bankın qərarı ilə bank ödənişlərinin qəbulu adi günlərdə olduğu kimi 17:00-da deyil, 15:15-də başa çatıb.

Bu qərarla əlaqədar, kommersiya banklarının əksəriyyətində iş vaxtı artıq 16:00-da başa çatıb və əməkdaşlar evlərinə buraxılıb.

Qeyd edək ki, bu gün Mərkəzi Bankda da iş vaxtı əvvəlkinə nisbətən tez başa çatıb. AMB-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu gün saat 16:00-dan əməkdaşlar evə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR