Bank Of Baku

«Qafqaz İnkişaf Bankı»nın aktivləri son bir ildə 80% artıb

«Qafqaz İnkişaf Bankı»nın aktivləri son bir ildə 80% artıb
# 02 fevral 2012 14:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» ASC-nin aktivləri 2012-ci il yanvarın 1-nə 60,739 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin yekun göstəricisi ilə müqayisədə 81% çoxdur.

Bankın baş ofisindən «AP-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 92% artaraq 45,835 mln. manata, kredit portfeli isə 85% artaraq 53,160 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 39% artaraq 12,089 mln. manat, o cümlədən nizamnamə kapitalı 20% artaraq 12 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 11% artaraq 1 297, o cümlədən fiziki şəxslərin sayı 17% artaraq 741, hüquqi şəxslərin sayı 3,1% artaraq 556 olub.

Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın ölkə üzrə 2 filialı və 57 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR