Bank Of Baku

Azərbaycanda avtomobil yollarının buz bağlaması ilə əlaqədar sığorta hadisələrinin sayı kəskin artıb - SORĞU

Azərbaycanda avtomobil yollarının buz bağlaması ilə əlaqədar sığorta hadisələrinin sayı kəskin artıb - <font color=red>SORĞU</font>
# 02 fevral 2012 14:51 (UTC +04:00)
«APA-Economics»in sığorta şirkətləri üzrə apardığı qısa sorğu nəticəsində məlum olub ki, hava şəraiti ilə bağlı qəzaların sayı təxminən 2-3 dəfə artıb.

Beynəlxalq Sığorta Şirkəti İdarə Heyətinin sədr müavini İlham Ağayevin «APA-Economics»ə verdiyi məlumata görə, ötən həftənin sonundan başlayaraq indiyədək şirkətə 27 sığorta hadisəsi ilə bağlı müraciətlər daxil olub. Adi günlərdə 5-6 sığorta hadisəsi baş verdiyi halda, qarlı hava şəraitində bu rəqəm bəzən 18-ə çatır. Müştərilər tərəfindən ən çox müraciət «Kasko sığortası» üzrə edilib. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə edilən müraciətlərin sayı olduqca azdır.

İ.Ağayev bildirib ki, avtoqəzaların əksəriyyəti respublikanın rayonlarında baş verdiyi üçün son bir həftə ərzində heç bir sığorta ödənişi həyata keçirilməyib.

«AZSIĞORTA» şirkəti İdarə Heyətinin sədr müavini Vasif Zakirovun sözlərinə görə, təkcə fevral ayının 1-də 15 sığorta hadisəsi ilə bağlı şirkətə müraciətlər daxil olub: «Ümumiyyətlə, bu cür hava şəraitində hadisələrin sayı bəzən adi günlərlə müqayisədə 3 dəfə çox olur. Gün ərzində adi günlərdə 4-5 sığorta hadisəsi baş verirsə, belə hava şəraitində hadisələrin sayı 15-ə çatır. Ötən həftədən başlayaraq indiyədək şirkətə sığorta hadisələri ilə bağlı 40-a yaxın müraciət edilib. Müraciətlərin 50%-i «Kasko sığortası», qalanı isə «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə edilib».

«İpək Yolu Sığorta» şirkəti İdarə Heyətinin sədri Niyazi İmanov da qarlı hava şəraitində müştərilər tərəfindən edilən müraciətlərin sayının artdığını bildirib. Sədr bildirib ki, şirkətin sığorta portfelində avtomobil sığortasının payı bir qədər azdır. Şirkət əsasən sığortanın digər sahələri üzrə ixtisaslaşıb. Buna baxmayaraq, avtomobil qəzaları ilə bağlı şirkətə müraciət edənlərin sayı iki dəfəyədək artıb.

«Standard Insurance» şirkəti İdarə Heyətinin sədri Kamal İbrahimov bildirib ki, ötən həftənin sonundan başlayaraq bu günədək təxminən 30-a yaxın sığorta hadisəsi ilə bağlı müraciət olub. «Müraciətlərin hamısı «Kasko sığortası»na aiddir. İndiyədək təxminən 1-2 şirkətə sığorta ödənişi edilib. Adi günlərdən fərqli olaraq, qarlı hava şəraitində qəza ilə bağlı müştərilər tərəfindən edilən müraciətlərin sayı təxminən 2-3 dəfə artıb», - deyə K.İbrahimov qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR