Azərbaycanda büdcə layihəsinin hazırlanmasında özəl sektorun məlumatlarından da istifadə olunacaq
Nazirlər Kabinetindən «APA-EConomics»ə verilən məlumata görə, sərəncama əsasən, Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət və icmal büdcələrinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2012-ci il sentyabrın 15-dək, İqtisadi İnkişaf Nazirliyi Azərbaycanın növbəti büdcə ili və gələn üç il üzrə sosial-iqtisadi inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu maliyyə balansını 2012-ci il sentyabrın 10-dək, həmçinin «Büdcə sistemi haqqında» qanunda göstərilən digər sənədləri hazırlayıb dövlət başçısına təqdim olunması üçün Nazirlər Kabinetinə təqdim etməlidir.
Bundan başqa, Maliyyə Nazirliyi 2013-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələri layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində hökumətə təqdim etməlidir.
Dövlət Statistika Komitəsinə tapşırılıb ki, cari il üçün ölkənin orta müddətli sosial-iqtisadi inkişaf proqramını dəqiqləşdirmək üçün 2011-ci ilin ilkin statistik məlumatlarını 2012-ci il fevralın 5-dək İqtisadi İnkişaf və Maliyyə nazirliklərinə təqdim etsin. Bundan başqa, DSK növbəti büdcə ili və gələn üç il üçün ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların İqtisadi İnkişaf, Maliyyə və Vergilər nazirliklərinə, eləcə də digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsini təmin etməlidir.
Sərəncama əsasən, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında dəyişikliklər edilməsi məqsədi ilə təkliflərini 2012-ci il martın 1-dək Nazirlər Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə mayın 1-dək Maliyyə Nazirliyinin hazırladığı təlimat məktubuna uyğun olaraq, müvafiq məlumatları 2012-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyi 2013-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və kəsr) ilkin ortamüddətli göstəricilərini 2012-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2012-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2012-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2012-ci il iyulun 20-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim etməlidir.
Sərəncamda İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb ki, 2012-ci il dəqiqləşdirilmiş, 2013-cü il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin ilkin variantını 2012-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini 2012-ci il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etsin. Bundan başqa, İİN 2013-cü il və sonrakı üç il üçün Ümumi Daxili Məhsulun həcminin, istehlak qiymətlərinin orta illik indeksinin, orta aylıq əmək haqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğun və demoqrafik göstəricilərin ilkin variantını 2012-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2012-ci il avqustun 1-dək Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir.
Sərəncama əsasən, Vergilər Nazirliyinin regional və yerli bölmələri növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə proqnoz layihələrini 2012-ci il iyunun 1-dək Maliyyə Nazirliyinin aidiyyəti yerli bölmələrinə təqdim etməlidir.
Sərəncamda nazirliklər, komitələr və büdcədən maliyyələşən digər təşkilatlara tapşırılıb ki, növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət Proqramı üzrə xərclər ayrıca göstərilməklə) və büdcə prosesinin təkmilləşdirilməsinə dair təkliflərini 2012-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər. Dövlət büdcəsi vəsaitinin səmərəli istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş (vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı göstərilməklə) barədə məlumatları hər rübdən sonrakı ayın 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Neft Fondu növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2012-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2012-ci il iyulun 1-dək İqtisadi İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir.
Nəqliyyat Nazirliyinə isə tapşırılıb ki, Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, «Avtomobil Yolları» Məqsədli Büdcə Fondunun, Maliyyə Nazirliyi «Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu»nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını 2012-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2012-ci il iyulun 1-dək İİN-ə təqdim etsinlər.
Dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) alınaq istəyən bələdiyyələrə isə tövsiyə edilib ki, «Büdcə sistemi haqqında» qanunda göstərilən sənədləri və məlumatları 2012-ci il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər.
Bununla yanaşı, Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi lazım olduqda, dövlət büdcəsi layihəsi və digər sənədlərin hazırlanması zamanı əlavə əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət fondlarından tələb edə bilər.
Maliyyə
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib
Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
ABB: Müştərilərin hesab balansları bərpa edilib
Xəbər Lenti
Azərbaycan və Niderland XİN-ləri arasında konsulluq sahəsi üzrə müzakirələr keçirilib - FOTO
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı baş tutub
Şmıqal: Ukraynanın Bərpası Konfransında 1 milyard avrodan çox məbləğdə enerji müqavilələri imzalanacaq
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb
DÇ-2026: F qrupunda son tura start verilir
Ziya Öztürkler Azərbaycanın ŞKTC-yə dəstəyini yüksək qiymətləndirib
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır
Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib
Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO
İran və Oman XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
İraq OPEC-dən çıxmağı planlaşdırmır - YENİLƏNİB
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SİYAHI
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib
MN rəhbərliyi Baş Klinik Hospitalda olub - FOTO
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib
Nizami rayonunda qəza olub, iki nəfər xəsarət alıb- VİDEO
Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269.45 litr qan toplanıb - FOTO - YENİLƏNİB-1
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
Ötən il 764 xarici diplom tanınmayıb
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırılıb
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa əlaqələrinin vəziyyətini nəzərdən keçirib
73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib
Rubio: Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiq olunmasını istəmir
Azərbaycanda şagirdlərin sayı açıqlanıb
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN