Bank Of Baku

KfW-nin vitse-prezidenti Azərbaycana gələcək

KfW-nin vitse-prezidenti Azərbaycana gələcək
# 03 fevral 2012 12:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniya İnkişaf Bankının (KfW) vitse-prezidenti xanım Yeva Vit (Eva Witt) Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə KfW-nin Bakı nümayəndəliyinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda Y.Vitin Azərbaycana səfərinin dəqiq vaxtı və proqramı müəyyənləşməyib: «Onu deyə bilərəm ki, Yeva Vitin bu il Azərbaycana gələcəyi gözlənilir».

Xatırladaq ki, Azərbaycan 1994-cü ildən KfW Bankı ilə əməkdaşlıq edir. Bankın Azərbaycandakı fəaliyyətinin strateji istiqamətlərinə enerji, su və digər növ infrastrukturunun bərpası, maliyyə və bank sektorunun inkişafının dəstəklənməsi, özəl sektor, səhiyyə, ətraf mühit və sair layihələr daxildir. Hazırda KfW «Azərbaycan» İstilik Elektrik Stansiyası (İES)-İmişli (AzİES-İmişli) elektrik verilişi xəttinin (EVX) tikintisi, «Kadastr və daşınmaz əmlakın reyestri» layihəsini və s. icra edir. Bankın Azərbaycan üzrə kredit portfeli 412 mln. avro təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR