Bank Of Baku

Azərbaycanda daha bir bank şəriət qaydaları üzrə lizinq xidmətlərinə başlayıb

Azərbaycanda daha bir bank şəriət qaydaları üzrə lizinq xidmətlərinə başlayıb
# 03 fevral 2012 13:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC İslam maliyyələşdirməsi alətlərindən olan «İcarəni», yəni islam lizinq xidmətini tətbiq edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu alət Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 2008-ci ildən davam edən əməkdaşlıq çərçivəsində tətbiq edilib. ICD ilə razılığa əsasən, bu alət nəqliyyat sektorunun inkişafına yönəldilib. Alətin şərtlərinə əsasən, layihələrin maliyyələşdirilməsi ilk 1 ili güzəştli olmaq şərti ilə 5 il müddətinə nəzərdə tutulub. ICD ilə ikinci «Vakala» sazişinə əsasən, bank agent olaraq «Mubaraha» alətini də qeyd olunmuş şərtlər əsasında fərqli mülkiyyət hüququ ilə istifadə etməlidir.

Qeyd edək ki, «Turanbank» ASC «İslam maliyyələşdirilməsi» istiqamətində ICD və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası ilə əməkdaşlıq edir.

Bu beynəlxalq maliyyə institutlarının maliyyə xətləri çərçivəsində «Turanbank» İslam bank məhsulları olan «Murabaha» (təkrar satış), iki mərhələli «Murabaha» və «İcarə»ni həyata keçirir.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR