Bank Of Baku

«Bank of Baku» gömrük əməkdaşları üçün güzəştli kredit kampaniyası keçirir

«Bank of Baku» gömrük əməkdaşları üçün güzəştli kredit kampaniyası keçirir
# 03 fevral 2012 13:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Dövlət Gömrük Komitəsi işçilərinin peşə bayramı ilə əlaqədar yeni güzəşt kampaniyasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, bank Dövlət Gömrük Komitəsinin bütün işçiləri üçün istehlak (avtomobil, ipoteka, əmanət və VİP kreditlər istisna olmaqla) və pul kreditlərinin illik faiz dərəcəsində 2% endirim tətbiq edir.
Kreditin maksimal məbləği 5 min manat təşkil edir. Güzəştli kreditin məbləği 4 min manat, müddəti isə 24 ay olarsa, aylıq ödəniləcək məbləğ Gömrük Komitəsində çalışan yeni müştərilər üçün 224 manat, müsbət kredit tarixçəsi olan təkrar müştərilər üçün isə 216 manat təşkil edəcək.
Kampaniya fevral ayının 25-dək davam edəcək.
Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR