Bank Of Baku

«Unibank»ın Bakıdakı filialı fasiləsiz iş rejiminə keçib

«Unibank»ın Bakıdakı filialı fasiləsiz iş rejiminə keçib
# 03 fevral 2012 14:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Unibank» ASC Bakı şəhərində gecə-gündüz fasiləsiz çalışan «Uni 7/24» adlı yeni xidmətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bülbül prospekti,10 ünvanında («Sahil» metro stansiyasının yaxınlığında) yerləşən bankın 17 saylı filialı istirahət və bayram günləri də daxil olmaqla, sutkalıq iş rejiminə keçib. Bununla da, bank gecə-gündüz tam fasiləsiz fəaliyyət göstərən ilk filialını yaradıb.

Sutkanın istənilən vaxtında bankın müştəriləri təcili pulköçürmə sistemlərinin xidmətlərindən istifadə etmək, kommunal ödənişlər aparmaq, mobil rabitə operatorları, habelə internet provayderlər və kabel televiziya şəbəkələri üzrə abunə haqlarını ödəmək, yol polisinin cərimələri üzrə ödənişlər etmək, valyuta dəyişmək, kreditlər üzrə cari ödənişlər aparmaq imkanı əldə edirlər. Bankın göstərdiyi xidmətlərdən müştərilər yalnız kreditləşdirmə, depozitlərin açılması və plastik kartların sifarişini gündüz vaxtı, yəni saat 09:00-dan 16:00-dək apara biləcəklər.

Yaxın zamanda adıçəkilən filialda müştərilərə kart hesablarına nağd vəsaitlərin yatırılması üçün «Cash-in» bankomatının xidmətləri də təklif olunacaq.

Xatırladaq ki, «Unibank» 24 filial vasitəsi ilə 220 mindən artıq fərdi və korporativ müştəriyə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR