“Turanbank” xaricdən daha 7 mln. dollarlıq kredit cəlb edib
04 fevral 2012 07:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev-APA-Economics. Azərbaycanın «Turanbank» ASC Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasından (BMK) 7 mln. dollarlıq kredit cəlb edib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində 5 il müddətinə ayrılan banka kredit regionlarda diversifikasiya olunmuş xidmət və məhsulların təklif etməsinə imkan verən sistemlərin qurulmasına texniki dəstək verəcək.
Qeyd edək ki, «Turanbank»la BMK 2009-cu ildən Korporativ İdarəetmə Layihəsi çərçivəsində əməkdaşlığa başlayıb. Bank həmçinin BMK ilə Risklərin idarə olunması və SME Banking layihələri çərçivəsində də əməkdaşlıq edir.
Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «TuranBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi mövcuddur.

Maliyyə
Mərkəzi Bankın strukturunda dəyişikliklər edilib
18:22
27 may 2024
Kapital Bank-ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatıb
17:35
27 may 2024
Hesablama Palatası: Yenidən baxılan büdcə layihəsi üzrə bəzi risklər var
17:16
27 may 2024
Hesablama Palatası: 2024-cü ildə büdcə kəsiri proqnozlaşdırılan məbləğdən az olacaq
16:59
27 may 2024