Bank Of Baku

«AXA-Mbask» işçi qəbulu elan edib

«AXA-Mbask» işçi qəbulu elan edib
# 06 fevral 2012 07:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti korporativ satış mütəxəssisləri üçün vakant iş yerlərinə qəbul elan edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifə üzrə tələblərdə Azərbaycan, rus və ingilis dillərini bilmək və 2 ildən az olmayaraq xarici sığorta şirkətlərində iş təcrübəsi qeyd olunub. Şirkətdən bildirib ki, korporativ satış mütəxəssisləri üçün əmək haqqı razılaşma yolu ilə müəyən ediləcək.

Maraqlananlar CV-ni [email protected] e-mail ünvanına göndərə bilərlər.

Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir yerli fiziki şəxsə məxsusdur.

«AXA-Mbask» sığorta şirkəti 1992-ci ildən «Mbask» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari il yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR