Cədvəldən göründüyü kimi, dekabr ayı ərzində valyuta ehtiyatlarının həcmi 3,454 mlrd. dollar və ya 49,2% artıb. Bu artım Mərkəzi Bank tərəfindən dekabrda bazardan iri həcmdə valyuta vəsaitləri alması ilə əlaqədar olub. Yanvarda artım davam edib, lakin onun miqyası adi aylardan fərqlənmir.