«Texnika Leasing» ötən il lizinq müqavilələrinin sayını 20% artırıb
06 fevral 2012 11:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnika Leasing» QSC-nin lizinq portfelinin ümumi həcmi 2012-ci il yanvarın 1-nə 3,232 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin əvvəlinə olan göstərici ilə müqayisədə 5% azdır.
Şirkətin baş mühasibi Bilal Ruhullazadənin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində şirkətin lizinq müqavilələrinin sayı 20% artaraq 24-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 45% azalaraq 1,595 mln. manata çatıb.
Şirkətdən bildirilib ki, ötən ilin yekunlarına əsasən, lizinq portfelinin 75%-i xüsusi təyinatlı tikinti texnikası, 20%-i minik avtomobilləri, 5%-i isə digər sahələrin payına düşüb.
Təhlil aparılan dövr ərzində şirkətin ümumi gəlirləri 233,351 min manat, xərcləri isə 924,649 min manat təşkil edib. Nəticədə, şirkət ötən ili 691 min manat zərərlə başa vurub.
Xatırladaq ki, «Texnika Leasing» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-və şirkətin nizamnamə kapitalı 6 mln. manat təşkil edib. Şirkət tərəfindən lizinq avadanlıqları illik 18-19% olmaqla, 6-24 ay müddətinə verilir. Lizinq avadanlıqlarının minimum dəyəri 20 min manat, ilkin ödəniş isə 20-25% olmalıdır.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024