Bank Of Baku

Azərbaycanda ötən ay inflyasiya 0,1% olub

Azərbaycanda ötən ay inflyasiya 0,1% olub
# 06 fevral 2012 13:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 0,1% bahalaşıb, qeyri-ərzaq malları (0,1%) və əhaliyə göstərilən pullu xidmətlərin (0,6%) qiymət və tarifləri isə dəyişməz qalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvar ayında ərzaq məhsullarından manna yarması, qoyun əti, kolbasa məmulatları, sterilizə olunmuş üzlü süd, kərə yağı, qarğıdalı yağı, naringi, alma, armud, heyva, nar, şabalıd, kələm, qoz və fındığın qiyməti bahalaşıb: «Ay ərzində bahalaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən un, qarabaşaq yarması, çörək, mal və toyuq əti, təzə balıq, yumurta, günəbaxan və zeytun yağları, limon, banan, portağal, göyərti, çuğundur, kök, sarımsaq, soğan, kartof və s. məhsulların qiymətlərində müşahidə olunub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR