Bank Of Baku

«Ansar Leasing» şirkəti ötən il mənfəətini kəskin artırıb

«Ansar Leasing» şirkəti ötən il mənfəətini kəskin artırıb
# 06 fevral 2012 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda İslam İnkişaf Korporasiyasının (ICD) təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkətinin portfelinin həcmi 2012-ci il yanvarın 1-nə 11,9 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekun göstəricisi ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ildə şirkət tərəfindən dəyəri 19,120 mln. dollar olan lizinq avadanlığı verilib ki, bu da 2010-cu illə müqayisədə 2,2 dəfə çoxdur. Həmçinin, ötən il ərzində bağlanan lizinq müqavilələrinin sayı 2,2 dəfə artaraq 360-a çatıb.

Qeyd edək ki, 2011-ci ildə şirkətin ümumi gəlirləri 1,612 mln. manat olub ki, bu da əvvəlki ilin göstərici ilə müqayisədə 3,7 dəfə çoxdur. Bununla yanaşı, şirkətin xərcləri hesabat ilində 2,1 dəfə artaraq 0,822 mln. manat olub. Nəticədə, şirkətin ötən il əldə etdiyi mənfəətin həcmi 17 dəfə artaraq 0,790 mln. manata çatıb.

Hesabat ilində ictimai (kommersiya avtomobilləri) nəqliyyat, tikinti sektoru, istehlak təyinatlı minik avtomobilləri şirkətin lizinq portfelinin əsasını təşkil edib.

Xatırladaq ki, ICD tərəfindən yaradılmış «Ansar Leasing» şirkəti dövlət qeydiyyatına 2008-ci ilin dekabr ayında alınıb, nizamnamə kapitalı isə 5 mln. manat təşkil edir. Lizinq obyektlərinin maliyyələşdirməsi əməliyyatlarına 2009-cu ilin oktyabr ayından başlayan şirkət əsasən maliyyə lizinqi xidmətlərinin göstərilməsi ilə məşğul olur və fəaliyyəti şəriət qaydalarına əsaslanır.

Şirkətin maliyyələşdirmə şərtlərinə əsasən, lizinqin alınması üçün ilkin ödəniş 20% olmalıdır, maliyyələşdirmə müddəti isə 12-72 ay ola bilər. Şirkət bir layihə üçün maksimum 150 min dollar vəsait ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR