Bank Of Baku

Azərbaycanda qeyri-neft sektoru üzrə vergi yığımı 40% artıb

Azərbaycanda qeyri-neft sektoru üzrə vergi yığımı 40% artıb
# 07 fevral 2012 10:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il ərzində Azərbaycanda dölət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə 5,5 mlrd. manat həcmində vəsait daxil olub ki, bu da əvvəlki ilə nisbətən 27,5% artıqdır. «APA-Economics»in məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, ən çox artım qeyri-neft sektorunda müşahidə olunub, bu sahədə vergilərin yığımı 22% artıb: «Nəzərə alsaq ki, qeyri-neft sektorunun büdcə daxilolmalarında xüsusi çəkisi ildən ilə artır, bu, bizim üçün çox əhəmiyyətlidir».

Nazir müavini vergi daxilolmalarının toplanması baxımından yanvar ayının yekunlarını da ümidverici olduğunu deyib: «Yanvar ayında, xüsusilə qeyri-neft sektorunda artım 40%-dən çox olub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR