Bank Of Baku

Nazir Şahin Mustafayev: «Azərbaycan iqtisadiyyatına 120 mlrd. dollar sərmayə yatırılıb»

Nazir Şahin Mustafayev: «Azərbaycan iqtisadiyyatına 120 mlrd. dollar sərmayə yatırılıb»
# 07 fevral 2012 13:29 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, son 8 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə, qeyri-neft sektoru 2,2 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,3 dəfə, tikinti sektoru 3,2 dəfə, nəqliyyat 2,3 dəfə, rabitə və informasiya sahəsi 6,4 dəfə, xarici ticarət dövriyyəsi 7 dəfə, o cümlədən idxal 3,7 dəfə, ixrac isə 10,3 dəfə artıb: «Yoxsulluq həddi 2003-cü ildəki 35,8 manatdan 3 dəfə artırılaraq 2011-ci ildə 106,9 manata çatdırılıb. Yoxsulluq səviyyəsi isə bu müddətdə 44,7%-dən 2011-ci ildə 7,6%-ə enib».

«Son illər ölkədəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaradıb, ölkəmizi investorlar üçün daha da cəlbedici edib. Ötən il ərzində 13 mlrd. dollar daxili və 7 mlrd. dollar xarici olmaqla ölkə iqtisadiyyatına 20 mlrd. dollar investisiya yatırılıb. İnvestisiyaların 15,7 mlrd. dolları qeyri-neft sektorunun, 4,3 mlrd. dolları isə neft sektorunun payına düşüb. Ümumiyyətlə, indiyədək Azərbaycan iqtisadiyyatına 120 mlrd. dollara yaxın investisiya yönəldilib», - deyə Ş.Mustafayev bildirib.

Nazir həmçinin bildirib ki, ölkə iqtisadiyyatının sürətli inkişafı həmçinin, Azərbaycanın maliyyə imkanlarının artmasına və xarici ölkələrə sərmayə yatırmasına əlverişli şərait yaradıb: «Azərbaycan artıq investisiya ixrac edən ölkəyə çevrilib və son illər ərzində xarici ölkələrə 6 mlrd. dollar sərmayə yatırılıb. Ümumiyyətlə, xarici ölkələrə yaradılmış əlaqələr milli şirkətlərin xarici ölkələrdə fəal investisiya qoyuluşlarının həyata keçirilməsi, onların fəaliyyətlərinin genişləndirilməsi imkanlarını daha da artıracaq».

Ş.Mustafayev onu da bildirib ki, «Azərbaycan-2020: gələcəyə baxış» inkişaf konsepsiyasının reallaşdırılması Azərbaycanın əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini, növbəti 10 ildə qeyri-neft sektoru hesabına ÜDM-in 2 dəfə artırılmasını, xalqın rifahının davamlı yaxşılaşması istiqamətində qarşıda duran hədəflərə nail olunmasını təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR