Almaniyanın ticarət balansının profisiti ötən il 158,1 mlrd. avro təşkil edib
08 fevral 2012 09:29 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın xarici ticarət balansının profisiti 2011-ci ilin dekabrında azalaraq, noyabrdakı 15,9 mlrd. avro göstəricisindən 12,9 mlrd. avroya enib.
“APA-Economics”in xəbərinə görə, Almaniya Federal Statistika Bürosunun yaydığı açıqlamada bildirilir ki, 2010-cu ilin dekabr ayı ilə müqayisədə profisitdə 0,3 mlrd. avro artım qeydə alınıb.
Hesabat dövründə Almaniyadan ixrac illik müqayisədə 5% artaraq 85,1 mlrd. avro, idxal isə 5,4% artaraq 72,1 mlrd. avro təşkil edib.
Almaniyadan Avropa Birliyi (AB) ölkələrinə ixrac 2010-cu illə müqayisədə 1,6% azalaraq 47,4 mlrd. avroya enib, AB ölkələrindən idxal isə 5,1% artaraq 45,9 mlrd. avroya çatıb.
Almaniyadan avrozona ölkələrinə ixrac 3,3% azalaraq 31,8 mlrd. avroya enib, idxal isə 3,5% artaraq 31,9 mlrd. avroya yüksəlib.
Dekabrda üçüncü (AB-yə daxil olmayan) ölkələrə ixracın həcmi 14,7% artaraq 37,7 mlrd. avroya, idxal isə 6,1% artaraq 26,2 mlrd. avroya çatıb.
Almaniyanın ticarət balansının profisiti 2011-ci ildə 158,1 mlrd. avro səviyyəsində qeydə alınıb. Bir il əvvəl bu göstərici 154,9 mlrd. avro olub. Ötən il ixracın həcmi 1,06 trln. avro, idxal isə 902 mlrd. avro olub.

Maliyyə
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!
19:35
25 may 2024
"Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
17:52
25 may 2024
"Bank of Azerbaijan"nın kreditorlarının tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək
17:01
25 may 2024
Qarabağda Bir başlanğıc daha: Kapital Bank-ın Xankəndi filialı açılıb
14:57
25 may 2024